İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İŞİD terrorçuları səhər saatlarında türk əsgərlərinin birliyinə hücum edib.
Atışma nəticəsində 2 türk həbçi şəhid olub, 15-i yüngül xəsarət alıb. Yaralı əsgərlər müalicə üçün “Kilis Dövlət Xəstəxanasına” göndərilib.
Hücumdan dərhal sonra Türkiyə Silahlı Qüvvələri tərəfindən terrorçuların olduğu bölgə qurudan və havadan atəşə tutulub, strateji təpələr ələ keçirilib. Əks-hücum nəticəsində 58 İŞİD üzvü məhv edilib.
İnterpress.az