İnterpress.az “haqqın.az” saytına istinadən xəbər verir ki, hazırda Xankəndi xəstəxanalarına çox sayda yaralı erməni əsgəri gətirilib. Xəstəxana yaralıların hamısını yerləşdirə bilmədiyi üçün iki nəfər İrəvana göndərilib.
İşğal olunmuş Xankəndi rayonunun xəstəxanasında hazırda 5 erməni əsgərinin meyitinin olduğu bildirilir.
Erməni jurnalistlər ölkənin Müdafiə Nazirliyinin mətbaut katibi Artsurun Ovennesyandan yaralı və həlak olan əsgərlərlə bağlı məlumat almaq istəsələr də, nazirlik rəsmisi məlumatı şərh etməyib.
İnterpress.az