“Sizinlə heç nəyi müzakirə etməyəcəyəm”backend

“Sizinlə heç nəyi müzakirə etməyəcəyəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, lakin səfir erməni jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib: \”Sizinlə bu məsələni müzakirə etməyəcəyəm\” deyən Belarus səfiri dəstəyi yerə qoyub

Qeyd edək ki, Belarusun Ermənistandakı səfiri İqor Nazaruk hazırda Minskdədir.

Xatırladaq ki, daha əvvəl Belarusun İrəvandakı səfirliyinin qarşısında bloqqer Aleksandr Lapşinin Azərbaycana ekstradisiya edilməsinə etiraz olaraq nümayiş keçirilib. Səfirlik qarşısında keçirilən nümayişdə deputatlar da iştirak edib.

Müxalif deputat Nikol Paşinyan “qısa müddət ərzində Ermənistanı tərk et” tələbi yazılmış bəyanatı səfirliyə təqdim etməyə çalışıb. Səfirliyin əməkdaşları səfirin hazırda işdə olmadığını və bu səbəbdən bəyanatı qəbul edə bilməyəcəklərini deyiblər.

Səfirliyin qarşısına toplaşanlar Belarus səfirinin ünvanına “Rədd ol!” şüarı səsləndiriblər.

İnterpress.az