SOCAR-ın yaydığı məlumata görə, “Neft Daşları\”nda vəziyyət tam sabitdir, işçilərin həyatı üçün heç bir təhlükə olmayıb: \”Əksinə, tufanlı havada gəmilərin yan alması üçün təhlükə olmasın deyə təhlükəsizlik qaydaları əsasında buna müvəqqəti məhdudiyyət qoyulur. İşçilərin gəmilərə minməsi üçün uyğun hava şəraiti bərpa olunan kimi gəmi körpüyə yan alır. Gəmilərin neft özüllərinə yan alması ilə bağlı qoyulan bu məhdudiyyət bütün neftçilərə məlum olan adi prosedurdur, hansı ki, işçilərin təhlükəsizliyinin təmin olunması üçün zəruridir\”.
\”SOCAR olaraq, həmkarlarımızı ən mühüm sərmayə və ən yüksək dəyər kimi daim nəzərdə tutur, hazırda onların təhlükəsizliyinin daha da gücləndirilməsi üçün kompleks tədbirlər planı həyata keçiririk. İşçilərimizin təhlükəsizliyinin mümkün olan ən yüksək səviyyədə təmin olunması şərti ilə onların iş şəraitinin daha da rahat və səmərəli təşkil olunması üçün son illərdə görülən tədbirlər gələcəkdə də davam etdiriləcək\”, – məlumatda qeyd edilib.
İnterpress.az