ABŞ-da zavod partladı — ölənlər və yaralılar varbackend

ABŞ-da zavod partladı — ölənlər və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Boreqard şəhərində zavodda baş verib. Yerli mətbuatın verdiyi məlumata görə, hadisə \”Packaging Corporation of America\” şirkətinin qablaşdırma materiallarının istehsalı ilə məşğul olan zavodda baş verib.

Partlayışdan sonra güclü yanğın olub. Hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və polis cəlb olunub. Əraziyə giriş-çıxış qadağan edilib.

Hadisə zamanı çoxlu sayda insanın xəsarət aldığı bildirilib. Əraziyə nəzarət edən polis rəisinin sözlərinə görə, hələlik yaralıların dəqqi sayı məlum deyil.

“Hadsə zamanı çoxlu insan yaralanıb. Yaralılardan 3 nəfər ölüb. Bir neçəsinin də vəziyyəti çox ağırdır”, – deyə polisdən açıqlama verilib.

Partlayışın səbəbləri barədə rəsmi məlumat verilməyib.
Faktla bağlı araşdırmalara başlanılıb.

İnterpress.az