“Araz Əlizadəni məsuliyyətə cəlb etmək olmaz”backend

“Araz Əlizadəni məsuliyyətə cəlb etmək olmaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deputat Araz Əlizadənin səsləndirdiyi fikirlərə görə, deputat mandatından məhrum edilməsi barədə irəli sürülən təklifləri şəhr edərkən bildirib.

Əliməmməd Nuriyev onu da deyib ki, Azərbaycan Konstitusiyasına edilən son əlavə və dəyişikliklərdə deputat mandatından məhrum etmənin dairəsi daha da genişləndirilib, etik qaydalara riayət edilməsi əsas olaraq göstərilib: “Qeyd edilir ki, deputat olan şəxs etik qaydalara əməl etmirsə, deputat adına xələl gətirən hərəkətlərə yol verirsə, şəxs deputat mandatından məhrum ediləb bilər. Deputatlıqdan məhrum etmənin hüquqi əsasları həm Azərbaycan Konstitusiyasında öz əksini tapıb, həm də Azərbaycan Milli Məclisinin daxili reqlamenti haqqında qanunda. Ümumiyyətlə bu məsələ ilə bağlı hər hansı addım atmaq üçün ciddi araşdırma olmalıdır. Milli Məclisin İntizam Komissiyası araşdırmadan sonra öz rəyini verməlidir. Daha sonra Milli Məclisdə müzakirə, yekun olaraq qərar əsasında bu addım atıla bilər”.

Əliməmməd Nuriyev Araz Əlizadənin fikirlərinə də münasibət bildirib: “Araz Əlizadə deputat olaraq söylədiyi fikirlərə diqqətlə yanaşmalıdır. Hamımız çox gözəl bilirik ki, 20-ci əsrin əvvəllərində Bakı məhz türk ordusu tərəfindən işğaldan azad olunub. Müstəqilliyin əldə olunmasında Türk-İslam Ordusunun əvəzsiz xidmətləri olub. Azərbaycan və Türkiyə qardaş ölkələrdir, “bir millət, iki dövlət” fikri təsadüfən deyilməyib. Bu fikir zamanın sınaqlarından çıxıb. Bu baxımdanTürkiyə, Türkiyə-Azərbaycan münasibətləri haqqında fikir söyləyərkən çox diqqətli olmalıyıq. Vahid xalq arasında təfriqə yaratmağa yönələn fikirlər yolverilməzdir, hər kəs diqqətli olmalıdır. Hamımız onu da bilirik ki, dünyada Azərbaycanın Türkiyədən yaxın dostu yoxdur. Türkiyə hər zaman bunu göstərib. Azərbaycanın mərhum prezidenti Heydər Əliyev, indiki prezidenti İlham Əliyev hər zaman bu dostluğu-qardaşlığı həmişə yüksək qiymətləndirib, dəyərləndirib, hər zaman buna xüsusi önəm veriblər. Yadınıza gəlirsə, Davos forumunda Azərbaycan prezidenti Türkiyənin əleyhinə ittihamlar səslənən vaxt demişdi ki, burada Türkiyə prezidentinin prezidenti yoxdur, amma mən varam, biz varıq. Çox cəsarətlə Türk xalqının, Türkiyə prezidentinin müdafiəsinə qalxmışdı. Bu addımlar zaman-zaman təkrarlanır. Hesab edirəm ki, tutduğu vəzifəsindən, mövqeyindən asılı olmayaraq Türkiyə-Azərbaycan münasibətlərinə hər kəs önəm verməlidir. “Bir millət, iki dövlət” anlamına hər zaman hörmətlə yanaşılmalı, hər kəs öz fəaliyyətində bunu əsas götürməlidir. Türkiyə tərəfindən həmişə belə fikir səslənir ki, Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Eyni zamanda Türkiyənin sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Biz hər zaman bu dəyərlərə istinad edərək yaşamalı, fəaliyyət göstərməli, inkişaf etməliyik”.

İnterpress.az