“Lapşinin gəlişindən eyforiyaya düşməyə dəyməz”backend

“Lapşinin gəlişindən eyforiyaya düşməyə dəyməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağa qanunsuz səfərlər etdiyi, habelə qondarma “respublika”nın xeyrinə bəyanatlar səsləndirdiyi üçün Azərbaycana gətirilən blogger Aleksand Lapşinlə bağlı baş verənlər ölkə və dünya gündəminin əsas müzakirə mövzularından biridir. Hansı ki, onun ölkəmizə gətirilməsi bir çox siyasilər tərəfindən Azərbaycan diplomatiyasınn qələbəsi kimi dəyərləndiriməkədir.
Maraqlıdır, Lapşinin ölkəmizə gəlişi diplomatiyamızın qələbəsi kimi qiymətləndirilməlidirmi?
İnterpress.az-ın məlumatına görə, Moderator.az-a açıqlama verən AXP sədri Pənah Hüseyn bunun diplomatiya ilə elə bir əlaqəsi olmadığını vurğuladı:

“Bunun diplomatiyaya elə bir aidiyyatı yoxdur. Bu, daha çox beyəlxalq cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq-mühafizə oranları arasındakı əməkdaşlığa aid bir məsələdir. Prinsip etibari ilə Lapşinin Azərbaycana gətirilməsi Qarabağa qanunsuz səfərlərə diqqəti cəlb etmək baxımından, ölkəmizin mövqeyi və qanuni hüquqları baxımından əhəmiyyətlidir. Lakin bunun diplomatik qələbə kimi dəyərləndirilməsi məsələnin mahiyyətini başqa şeylərlə əvəzləmək deməkdir. Odur ki, eyforiyaya düşməyə dəyməz”.

İnterpress.az