Bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində bildirib.
“Mənim nazir olduğum dövr ərzində biz bir neçə dəfə irəliləyişə çox yaxın olmuşuq. Hamı başa düşür ki, bu gün mövcud olan status-kvo heç kimi qane etmir. Bəlkə də, Ermənistan tərəfindən başqa. Təbii ki, biz 20 il ərzində işğal olunmuş ərazilərin ,təəssüf ki, sadəcə hərbi güc yolu ilə azad olunmasından razı deyilik”, -deyə nazir qeyd edib.
XİN başçısının sözlərinə görə, müntəzəm olaraq “masanı problemlərdən təmizləmək” lazımdır:
“Problemlər hansılardır? Ən əsası – Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində mövcudluğudur. İlk növbədə demək istərdim ki, əsgərlər kazarmalara geri qayıtmalıdırlar. Bu zaman geniş imkanlar açılacaq, bu planın bir hissəsidir.”
İnterpress.az