İnterpress.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, prezidentlər Suriya probleminin əsas aspektləri üzrə beynəlxalq terrorizmlə birgə mübarizə kontekstində fikir mübadiləsi aparıblar. Bundan başqa, ticarət-iqtisadi və digər sahələrdə qarşılıqlı əlaqələrin inkişafı məsələləri müzakirə olunub.
Putin telefon danışığı zamanı Əl-Babda bir neçə türk əsgərinin həlak olduğu faciəli insidentlə bağlı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
İnterpress.az