İnterpress.az xəbər verir ki, Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın köklü siyasi partiyalarından Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Polşa Respublikasında siyasi sığınacaq alıb.
Məlumata görə, Musavat başqanın oğlu Polşanın müvafiq orqanlarına bir müddət əvvəl müraciət edib və ona siyasi sığınacaq 2016-cı ilin sonunda verilib.
Azərbaycanda hakimiyyətə gəlmək və ölkəyə rəhbərlik etmək istəyən siyasətçinin övladının Avropa ölkəsində siyasi sığınacaq alması nə qədər məntiqlidir bunu yəqin ki, həmin partiyanın üzvüləri qiymətləndirməlidir.
Qeyd edək ki, Müsavat başqanın qızı da uzun illərdi okeanın o tayında ABŞ-da yaşayır.
İnterpress.az