Nazir AŞPA komitəsinin məruzəçisi ilə görüşübbackend

Nazir AŞPA komitəsinin məruzəçisi ilə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, görüşdə qanunvericiliyin təkmilləşdirilməsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qərarlarının icrası, məhkumların saxlanma şəraiti, beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatları ətrafında fikir mübadiləsi aparılıb, habelə açıq hökumətin təşviqi, vətəndaş cəmiyyətinin inkişafı və digər maraq doğuran məsələlər müzakirə olunub.

Söhbət zamanı həmçinin dünyada terrorizmə qarşı mübarizəyə toxunularaq Azərbaycanın erməni terrorizmindən əziyyət çəkdiyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı həqiqətləri diqqətə çatdırılıb.

Tədbirdə ölkəmizin AŞPA-da daimi nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov iştirak edib.

İnterpress.az