“Əslində, biz İŞİD-i vururduq”backend

“Əslində, biz İŞİD-i vururduq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Gerasimov türkiyəli həmkarı Hulusi Akara zəng edərək başsağlığı verib. Bildirib ki, türk hərbçilərinə hücum səhvən olub.

Baş Qərargah rəisi “əslində biz İŞİD-i vururduq” deyərək məsələyə münasibət bildirib.

Qeyd edək ki, Suriyanın Əl-Bab bölgəsində İŞİD hədəflərinə zərbələr endirən Rusiyaya məxsus qırıcı təyyarə səhvən Türkiyə hərbçilərinin olduğu binanı atəşə tutub.

Səhvən edilən hücum nəticəsində 3 türk hərbçi həlak olub, biri ağır olmaqla, 11 hərbçi yaralanıb.

İnterpress.az