AzNews.az məsələylə bağlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevlə əlaqə saxlayıb. Baş həkim təmsil etdiyi quruma belə bir məlumatın daxil olmadığını bildirib:
\”Görünür ki, bu nəsə qurama bir videodur. Bizə belə bir məlumat daxil olmayıb. Əgər belə bir hal baş versəydi, biz bilərdik. Çünki belə hallarla bağlı Səhiyyə Nazirinə məlumat verməliyik.\”
Xatırladaq ki, ötən gün sosisal şəbəkələrdə sellofan paketdə yeni doğulmuş körpənin zibilliyə atılması barədə video görüntülər yayılıb.
İnterpress.az