“Qarabağın müharibə yolu ilə həlli yoxdur”backend

“Qarabağın müharibə yolu ilə həlli yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu “TASS”-a müsahibəsində Rusiyanın Ermənistandakı səfiri İvan Volınkin deyib.

\”2016-cı ilin aprelində Dağlıq Qarabağda təmas xəttində 4 günlük müharibədən sonra vəziyyətin normallaşması üçün bir sıra addımlar atılıb. Təəssüflər olsun ki, bu günədək silahlı insidentlərin araşdırılması mexanizmi və münaqişə zonasında ATƏT-in müşahidəçiləri missiyasının genişləndirilməsi haqqında əldə olunan razılıq həyata keçirilməyib\”, – deyə Volınkin bildirib.

Diplomat vurğulayıb ki, Rusiya Cənubi Qafqazda sabitliyin bərqərar olmasının tərəfdarıdır: “Biz bu münaqişənin sülh yolu ilə həllinə alternativ yol görmürük və ATƏT-in Minsk qrupundan olan tərəfdaşlarımızla birlikdə tərəflərin mövqelərinin yaxınlaşdırılması istiqamətində səylərimizi davam etdirəcəyik\”.

İnterpress.az