AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya təyyarələrinin Türkiyənin verdiyi koordinantlara görə hərəkət etdiyini bildirib.
Fevralın 9-da Rusiya hərbi təyyarəsi Suriyada Türkiyə hərbçilərinin yerləşdiyi binanı səhvən bombalayıb. Hadisə nəticəsində Türkiyənin 3 hərbçisi həlak olub, 11 nəfər yaralanıb.
Həmin gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Putin ölənlərlə bağlı başsağlığı verib.
İnterpress.az