Telejurnalist Qənirə Ataşovanın həyat yoldaşı Anar Qurbanov AzNews.az-a bildirib ki, bu xəbər haqqında danışmaq istəmir:
\”Qənirə gələr, hər şeyi özü danışar.\”
\”Bəs, hazırda Qənirə Ataşova hansı ölkədədir?\”-sualına həyat yoldaşı belə cavab verib:
“Deyə bilmərəm.”
Xatırladaq ki, Q.Ataşovanın da Azərbaycanda “Gülən işi”ylə əlaqədar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində açılmış cinayət işinə görə, fəaliyyəti dayandırılmış ANS Tv-nin bir qrup əməkdaşıyla bərabər ölkədən çıxışına qadağa qoyulmuşdu.
Qeyd edək ki, Q.Ataşova bu qadağanın götürülməsi üçün prezident İlham Əliyevə də müraciət etmişdi.
İnterpress.az