“Xanımlar kişilərdən daha çox intihara cəhd edir”backend

“Xanımlar kişilərdən daha çox intihara cəhd edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son vaxtlar ölkə mediasında yer alan intihar xəbərlərində qadınların adına daha çox rast gəlinməkdədir.
Maraqlıdır, qadınların intihara bu qədər maraq göstərməsi nə ilə bağlıdır? Doğrudanmı intihar qadınları kişilərdən daha çox cəlb edir?
İnterpress.az bildirir ki, Moderator.az-a açıqlama verən tanınmış psixoloq Elnur Rüstəmov bütün dünyada qadınların intihara kişilərdən daha çox maraq göstərdiyini vurğuladı:
“Ümumən götürəndə, xanımlar kişilərdən daha çox intihara cəhd edir. Bu, bütün dünyada belədir. Lakin burada bir məqam var ki, kişilərlə müqayisədə qadınlar tərəfindən həyata keçirilən uğursuz intiharlar daha çox olur. Müxtəlif intihar vasitələri var ki, bu vasitələrin köməyi ilə intihar etməyə cəhd edən xanımlar ya başqaları tərəfindən xilas edilir, ya da digər səbəblərdən bu intiharlar müvəffəqiyyətsizliklə nəticələnir. Ancaq net şəkildə intihar həyata keçirmək baxımından kişilər qadınlardan daha öndədir. Dünyanın hər yerində məlum məsələ ilə bağlı mənzərə təxminən eynidir və Azərbaycan da bu məsələdə istisna təşkil etmir”.