Bu barədə “Haberturk” telekanalı məlumat yayıb.
Məlumata görə, Maşaripov ona qarşı irəli sürülən ittihamlarla (“39 nəfərin qəsdən qətlə yetirilməsi”, “İŞİD terror qruplaşmasına üzvlük”, “qanunsuz silah gəzdirmək” və s.) əlaqədar İstanbulun “Silivri” həbsxanasına yerləşdiriləcək.
O, məhkəmə prosesi başa çatanadək bu həbsxanada qalacaq. Bunadək Maşaripov saxlanılan statusunda idi.
İnterpress.az