“Əl Babdan sonra dayanmaq deyə bir şey yox”backend

“Əl Babdan sonra dayanmaq deyə bir şey yox”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Ərdoğan, \”Bu anda Əl Bab gərək bizim gərəksə digər güclər tərəfindən dörd bir yandan əhatə edilmiş vəziyyətdə. Güclərimiz mərkəzə qədər irəlləmiş durumda. Artıq İŞİD gücləri tamamilə El Babı tərk etməkdədir. Elə sanıram ki bundan sonrası an məsələsidir.\” deyib.

\”Bu bölgədə terror təmizləməyə çalışırıq\”

Bizim buradakı hədəfimiz nədir? Biz bu bölgəni terrordan təmizləməyə çalışırıq. Bundan sonrakı müddətdə şərqə istiqamətli Mümbiç və Rakka hadisəsi vardır. Hal-hazırda ABŞ yeni rəhbərliyi və CIA ilə düşüncələrimizi paylaşdıq və bu düşüncələrimizin təqibçisi olacağıq. Hədəf burada 4-5 min km-lik terrordan təmizlənmiş bir bölgədir. Beləcə bizim kamplarımızdakı insanları öz torpaqlarına qaytaracağıq.

\”Bu düşüncələrimiz Tramp ilə paylaşdıq\”

Mən bu düşüncələrimi Hörmətli Tramp ilə də paylaşdım. İkinci bir nöqtədə burada uçuşa qadağan bölgə mövzusu. Bu bölgəni uçuşa qadağan bölgə olaraq elan etmədiyiniz müddətcə orada təhlükəsizlik təsis edilə bilməz. Ən əhəmiyyətlisi də təlim və təchiz məsələsidir.

\”Əl Babdan sonra dayanmaq deyə bir şey yox\”

El Babdan sonra dayanmaq … Belə bir şey yoxdur. Artıq bir ünsiyyət çətinliyi ola bilər. Əl Bab bir dəfə bizim son hədəfimiz deyil. Bu ana qədər bilirsiniz 3 mini aşan İŞİD silahlısı təsirsiz hala gətirdik. İŞİD-in əsl mərkəzi Əl Bab deyil, Rakka. Yekun hədəf də 5 min km kvadrat bir sahəsi təmizləməkdir. Bizim Türkiyə olaraq burada qalmaq kimi bir hədəfimiz yoxdur. Bu ayrı bir mövzu. Necə Cerablus, El Rai, Dabi təmizləndi, oranın öz insanı yerləşdi. Əl Bab da təmizlənəcək və orada Əl Bablı yerləşəcək. Rakkanı da İŞİD-dən boşaltdıqdan sonra onsuz da bizim orada qalmağımız çox olar. Lakin bunu indi danışmaq çox tezdir.

İnterpress.az