İnterpress.az-ın verdiyi məlumata görə, Almaniya prezidenti seçilmək üçün xüsusi olaraq bu məqsədlə çağırılan Federal Yığıncağın nümayəndələrinin yarıdan çoxunun dəstəyini qazanmaq lazımdır.
Federal Yığıncaq Berlində Reyxstaqın tarixi binasında keçirilir. Federal Yığıncağın 1260 nümayəndəsinin yarısını deputatlar, yarısını federal torpaqların parlamentlərinin irəli sürdüyü nümayəndələr təşkil edir. F. V. Ştaynmayerə ilk turda prezident seçilməsi üçün 631 səs lazım olsa da, o, 931 səs qazanıb və prezident seçilib.
İnterpress.az