Alimlər üçölçülü süni ürək yaradıblarbackend

Alimlər üçölçülü süni ürək yaradıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Viaglue” adlanan bu toxuma sıxılan ürək-əzələ, bağlayıcı toxuma və damar hüceyrələrindən ibarətdir. Bu hüceyrələr yapışqan material vasitəsilə birləşdirilib. “Viaglue”yə elektrik şoku tətbiq olunan zaman hüceyrələr nəbz kimi vurmağa başlayır.

Əvvəllər yaradılmış iki və ya üçölçülü süni ürək toxumalarına elektrik şoku verilən zaman döyüntülər fasilələrlə müşahidə olunub.

York Universitetinin professoru Muhammed Yusuf diqqətə çatdırıb ki, “Viaglue” dərman testləri ilə yanaşı, ürək xəstəliklərinin araşdırılması və ürək köçürülməsi üçün faydalı olacaq. (azərtac)

İnterpress.az