İnterpress.az \”Ria Novosti\”yə istinadən bildirir ki, kadrlardan aydın göründüyü kimi terroristlərin (270 ci ildə inşa olunmuş ) qədim Amfiteatrın əsas Tetrapilon sütunlarını partlatdıqları görünür. İki il bundan öncə terroristlərin Palmirə hücumu zamanı qədim şəhərin 80 faizi qorunub saxlanılmışdı. Bu isə dünya arxitekturasına qadim mədəniyyət məbədinin ən gözəl nümunəsi olan Palmirin qismən qorunması idi. Terroristlərin məhv etdikləri qədim abidələr siyahisinə yüz min illərin tarixinə malik Bela və Baal Şamin məqbərəsi, Trumfal Arka sütunları və qədim Vallley qəbirləri də daxildir. Qədim şəhərin əsas turist mərkəzi sayılan Palmirdə teroristlərin törətdikləri barbar aktları nəticəsində tarixin bir çox mühüm sənət əsəri olan qədim arxitektur binalar yer üzündən silindi. Teroristlərdən azad olunmuş Palmirin 2016–ci ilin dekabr ayında yenidən onların əlinə keçməsi böyük dağıntılara səbəb oldu və onlar şəhəri xarabalığa çevirdilər. Suriya mətbuatı “İŞİD” terorçularının yenidən Palmiri tutması nəticəsində tarixi abidələri məhv etdiklərini bilidirir. Ermitajin direktoru Mixail Petrovskiy “Palmirin qaytarılması şərəf işidir” deyə bildirib.
İnterpress.az