İnterpress.az xəbər verir ki, Lavrov rəsmi Vaşinqtonu da Astana görüşlərinə dəvət edib. Nazir ABŞ-ın birinci Astana görüşlərində müşahidəçi qismində iştirak etdiyini də xatırladıb.
Lavrov deyib: \”ABŞ Astana müzakirələrində iştirak etmək üçün tərəfimizdən dəvət edilib\”.
İranın Suriya sülh prossesində oynadığı roldan bəhs edən Lavrov bu ölkənin İŞİD-ə qarşı mübarizə aparan koalisiyadan çıxarılmasının praqmatik olmayacağını vurğulayıb.
Rusiyalı nazir Vaşinqton və İran münasibətlərinin hələ Obama hakimiyyəti dövründə pozulduğunu qeyd edib. Moskva məntiqlə davranmaq lazım olduğu fikrini müdafiə edir.
İnterpress.az