İnterpress.az xəbər verir ki, Maykl Flinn Ağ Evin milli təhlükəsizlik müşaviri vəzifəsini tuturdu. Maykl \”Fətullah Güləni heç vaxt ekstradisiya etməyəcəyik\” cümləsi ilə Türkiyə-ABŞ münasibətlərində gərginliyə səbəb olmuşdu.
Ağ Evdən verilən məlumata görə milli təhlükəsizlik müşavirinin istefasına səbəb Rusiyanın Vaşinqtondakı səfiri Sergey İvanoviç Kislyak ilə telefonla danışığı olub. Bu iddialardan sonra Maykl Flinn vəzifəsindən istefa verib.
Qərb mətbuatı Flinin yerinə müvəqqəti olaraq milli təhlükəsizlik şurasına istefada olan general Keyt Kelloqun təyin edildiyini yazır.
İnterpress.az