Kanadanın baş naziri Trampın əlini sıxmaq istəmədibackend

Kanadanın baş naziri Trampın əlini sıxmaq istəmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, görüşdən sonra dövlət rəsmiləri ortaq mətbuat konfransı veriblər. Mətbuat konfransında Trüdo Trampın əlini sıxmadan əvvəl bir saniyə duruxub. Bu isə sosial mətbuatda geniş müzakirələrə səbəb olub.

Donald Tramp 7 müsəlman ölkəsinin vətəndaşlarına tətbiq etdiyi viza qadağasını müdafiə edərək deyib: \”Böyük, açıq bir qapı olmasını istəyirəm. Amma lazımsız adamların qapıdan keçməsini istəmirəm\”.

Dünyanın bir çox ölkəsində terror hücumlarının təşkil edildiyinə diqqət çəkən ABŞ prezidenti deyib: \”Bu ölkələrdəki problemləri öz ölkəmizdə istəmirik\”.

Trüdo isə ABŞ-a bu məsələni müzakirə etmək üçün gəlmədiyini bildirib: \”Kanada xalqının məndən istəyəcəyi ən son şey başqa bir ölkəyə gedib onlara dövləti necə idarə edəcəkləri barədə mühazirə oxumağımdır\”.

ABŞ və Kanadanın müxtəlif məsələlərdə əməkdaşlıq etdiyini vurğulayan kanadalı nazir deyib:\”Fəqə bəzi məsələlərdə fərqli reaksiyalarımız ola bilər. Buna hər iki tərəf hörmətlə yanaşmalıdır\”.

İnterpress.az