İnterpress.az xəbər verir ki, sağçı Milli Cəbhə partiyasının lideri Marina Le Pen dünən İtaliya sərhədindəki Menton şəhərini ziyarət edib. Burada keçirdiyi görüşlərdə seçilməsi halında qaçaq miqrasiyaya qarşı gömrüklərdə təhlükəsizliyin artırılacağı mesajını verib.
Sorğularda 26%ə yaxın səs nisbəti ilə ikinci tura qalma şansı yüksək görünən Le Penə ən yaxın müstəqil namizəd Emmanuel Macron isə dünən Əlcəzairdə danışıqlar zamanı Fransa xarici siyasətində Afrikanın əhəmiyyətini vurğulayıb. Ekspertlerin fikrincə Macronun ikinci tura qalan iki namizəddən biri olması halında təxminən altı xal arxadan təqib etdiyi Le Peni geridə qoyacağı bildirilir.
Mühafizəkar Respublikaçılar Partiyasının namizədi Fransua Fillon isə xanımının işləmədiyi halda dövlətdən maaş aldığının ortaya çıxmasından sonra şansının yox dərəcədə olduğu qeyd olunur. Dünən Reunion adasını ziyarət edən Fillon, son sorğulara görə 18% geriləyən səs nisbəti ilə prezidentlik yarışında üçüncü yerdə olduğu müşahidə olunub. (azvision.az)
İnterpress.az