İnterpress.az xəbər verir ki, Binəli Yıldırım yüzlərlə terrorçunun həbs olunduğunu, məhkəməyə verildiyini bildirib. O, 126 terror aktı cəhdinin qarşısını alındığını bildirib. Türkiyə baş nazirinin sözlərinə görə, PKK ilə mübarizə terror təşkilatı Türkiyə torpaqlarından təmizlənənədək davam edəcək.
““Fərat Qalxanı” əməliyyatı da davam edir. Əl-Babın böyük hissəsi nəzarət altına alınıb. Məqsədimiz terror təşkilatlarının at oynatdığı regionlardan Türkiyəyə uzanan koridorların açılmasının qarşısını almaqdır” – Binəli Yıldırım belə deyib.
İnterpress.az