İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, Donald Tramp ümid edir ki, Rusiya Krımı Ukraynaya qaytaracaq,deyə Ağ evin baş katibi Şon Speyser bildirib.
Dünən keçirilən brifinqdə \”Prezident Tramp aydınca bildirdiki Rusiyadan Ukraynada baş verən zorakılığı yatızdıracağını və Krımın Ukraynaya qaytarılacağını gözləyir\” deyə Şon Speyser bildirib.
O eyni zamanda bunları da deyib ki, \”Amerikanın indiki prezidenti ondan əvvəlki rəhbərlikdən fərqli olaraq Rusiya ilə münasibətləri düzəltməyə çalışır və Rusiyada qadağan olunmuş İŞİD terorçuları ilə mübarizədə Rusiya ilə birgə məsələni həll etməyə razılıq verib\”
Şon Sperser onu da qeyd edib ki, \”Amerikanın Rusiyaya qarşı sanksiyaları hələdə qüvvədədir və dəyişməz olaraq qalır\”.
Müdafiə və Təhlükəsizlik Komitəsinin Federasiya Şurasının rəhbəri Viktor Ozerov Ağ Evin \”Krımın qaytarılması\” ilə bağlı söylədiklərinin hazırkı prezident Administrasiyasının Rusiya ilə yaxınlıq münasibətləri barədə narazılıq yaradan söhbətləri \”susdurmaq\” üçün olduğunu söyləyib. MDB məsələləri üzrə Duma komitəsinin rəhbəri Leonid Kalaşnikov da Spayersin bu açıqlamasını \”Amerika prezidenti Trampa qarşı olan təyziqləri azaltmaq üçün\” söylənilmiş bəyanat olduğunu deyib.
Ukraynadakı dövlət çevrilişindən sonra Rusiyada keçirilmiş referendum yolu ilə Krım yenidən Rusiyanın tərkibinə qatılıb və Rusiya ilə yenidən birləşmək üçün Krım sakinlərinin 95 faizinin səs verdiyi bildirilir.
Moskva dəfələrlə bildirib ki, Rusiya və Ukrayna münaqişəsində hansısa fikir bildirmək Qərbin mövzusu deyil və ATƏT-in Minsk sazişinin həyata keçirilməsində Qərbin sanksiyalarını absurd hesab etdiyini deyib.
İnterpress.az