İnterpress.az-ın məlumatına görə, Nəqliyyat nazirinin müavinləri Musa Sədi oğlu Pənahov və Arif Nəriman oglu Əsgərovun da nazirliyin ləğvindən sonra yeni təyinatları yoxdur.
Keçmiş nazir müavini M.Pənahov 1959-ci ildə anadan olub, Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
23 fevral 2004-cı ildən Nəqliyyat nazirinin müavini vəzifəsində çalışırdı.
Digər sabiq müavin – A.Əsgərov 1961-ci ildə anadan olub, Moskva Nəqliyyat Mühəndisləri İnstitutunu bitirib.
9 fevral 2015-ci ildən Nəqliyyat nazirinin müavini vəzifəsində çalışırdı.
Xatırladaq ki, Nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Namiq Həsənov da nazirliyin ləğvi ilə vəzifəsini itirib.
İnterpress.az