İnterpress.az xəbər verir ki, Nanqarxar vilayətində 3 gündür ki, \”Şahin-25\” əməliyyatı keçirilir. Əyalət qubernatoru Ataulla Xoqiani bu barədə məlumat verib.
Yerli hakimiyyət orqanları da əməliyyat çərçivəsində terrorçuların məhv edildiyini bildirir. Terrorçular arasında xaricilərin də olduğu qeyd edilir. Xoqiani məlumat verir ki, avia zərbələr nəticəsində Dix Bala rayonunda 11 İŞİD terrorçusu məhv edilib. Digərləri isə quru əməliyyatları nəticəsində məhv edilib. Quru əməliyyatları Kot rayonunda keçirilib. Yerli hakimiyyət orqanları öz itkiləri barədə məlumat verməyiblər.
Qeyd edək ki, son aylar Əfqanıstanda vəziyyət çox pisləşib. Ölkənin kənd rayonlarını ələ keçirən \”Taliban\” terrorçuları artıq iri şəhərlərə hücuma keçiblər. Eyni zamanda, ölkə ərazisində İŞİD terrorçularının fəaliyyəti artıb.
İnterpress.az