İnterpress.az-ın məlumatına görə, dünyada yaşayan kərgədanların üçdə ikisi Hindistanda yaşayır. Bu vaxta qədər kərgədan ovlamağa cəhd edən 50 nəfər parkın işçiləri tərəfindən öldürülüb.
Hindistanın milli parkında heyvanların həyatını təhlükəyə atan insanları vurmaq üçün park işçilərinə icazə verilir. Xüsusən də kərgədanları ovlamağa çalışanlar tərəddüd edilmədən vurulur.
Yüz il əvəl Hindistanın Kaziranga milli parkında kərgədanları barmaqla saymaq olardı. Bu gün isə park ərazisində 2.400 kərgədan yaşayır.
Qeyd edək ki, kərgədan buynuzu 6 min dollara satılır. Bu səbəbdən kərgədan ovçularının sayı durmadan artır.
İnterpress.az