İnterpress.az \”Ria Novosti\”yə istinadən xəbər verir ki, \”Kürd Pavliçenkosu\” adını qazanmış siyasətçi-tələbə, yüzlərlə İŞİD silahlısını məhv edərək əfsanəvi qəhrəmana çevrilən snayperçi Janna Palani ətrafında qalmaqallar böyüməkdə davam edir.
İslamçılar bu qızı tapıb məhv edənə bir miyon dollar verəcəklərini elan ediblər. Necə olur ki, Avropa dəyərləri üçün qəhrəmancasına döyüşmüş biri Danimarka məhkəməsi qarşınına çıxarılıb cəzalandırılır?
Zəngin Avropa ailələrinin övladları silah götürüb könüllü olaraq Yaxın Şərqdə qan tökməyə getdikləri barədə yazılanlar içərisində ən paradoksal hadisələrdən biri də 23 yaşlı Janna Palaninin qalmaqallı məsələsi oldu.
Üç il əvvəl Danimarkalı bu tələbə qız könüllü olaraq İraq döyüşlərinə qatılır və sonra Suriya cəbhəsinə yollanaraq Kürd Peşmərqə sıralarında mübarizəyə qoşulur. Yüzlərlə İŞİD silahlısını məhv edərək əfsanəvi qəhrəmana çevrilən bu snayperçi qız İŞİD –cilərin əsirliyindən yüzlərlə yezdi -kürd qadınını azad edir. Öldürdüyü yüzlərlə teroristin qisasını almaq üçün islamçılar onun başına bir milyon dollar mükafat elan edib. Janna Palani Danimarkaya qayıdandan sonra nəzarətə götürülərək sənədləri əlindən alınır sonra isə həbs edilir.
\”Beynəlxalq Koalisiya ilə eyni sırada döyüşən könüllü birini həbs etməklə Danimarka dünyada ilk ölkə olacaq\” deyə Palaninin vəkili Erbil Kaya öz etirazında söyləyib. \”Niyə İŞİD terrorçuları ilə bir sırada döyüşənlər yox, onlara qarşı mübarizə aparanlar cəzalandırılır? Axı bu cəfəngiyyat və ağılsızlıqdır\” deyə vəkil sərt etiraz bildirib.
Qanuni nöqteyi nəzərdən Danimarka məhkəməsi haqlı hesab olunur. Çünki hələ 2015-ci ildə (danimarka gizli kəşfiyyatı) Janna Palaninin İraq və Suriyada snayperlik fəaliyyəti barədə məlumat toplayır və məhkəmə qaydasında onun sənədləri alınaraq ev dustaqlığı cəzası kəsilir. Amma snayper qız bütün qanunları pozaraq 2016-cı ilin yayında yenidən Suriya cəbhəsinə yollanır. Onun ölkəni tərk etməsi anından Janna Palani \”Dövlət əhəmiyyətli təhlükəlilər \” sırasında qeyd olunmuşdur.
\”Kafirlərə qarşı cihad\”a Suriya, İrak və Somalidəki döyüşlərə qatılan ölkələr içərisində Avropada Belqiyadan sonra ikinci yerdə Danimarka vətəndaşları durur. 2009-cu ildə Daniya vətəndaşı Əbu Rəhman Mühəmməd Moqadişoda özünü partlatmaqla 25 insanın ölümünə səbəb olmuşdu. 2015 ci ildə daniyalı Ömər Əbdül Həmid əl Hüseyn Kopenhagen şəhərinin mərkəzində silahlı hücüm edərək iki nəfəri öldürmüşdü. Əbdül Hüseyni tərksilah edən polislər etiraf etmişdilər ki, O dəfələrlə zorakı cinayətlərdə iştirak edib və qanunsuz silah saxlamaq üstündə bir neçə dəfə mühakimə olnub.
İnterpress.az