İflic olmuş sahibini köpək xilas etdibackend

İflic olmuş sahibini köpək xilas etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az \”Ria Novosti\”\” yə istinadən bildirir ki, Amerika Birləşmiş Ştatlarının Miçeqan çəhər sakini Bob Yeni il ərəfəsində qeyri-adi xəbərlə gündəmdə qalıb. Belə ki, Yeni İl gecəsi televizorda futbol izləyən Bob fasilə zamanı qızdırıcı sobaya odun gətirmək üçün həyətə enir. Qucağı odunla dolu Bob evə gələn zaman ayağı sürüşərək yıxılır və boyun fəqərəsi sınaraq iflic vəziyyətində yerdə uzanıqlı qalır. Evdə kimsə olmadığından onun köməyinə gələn olmur. Evlər bir-birindən çox aralı olduğu üçün hadisədən xəbərsiz qonşular da onun harayına gələ bilmir. Sahibini yerdə köməksiz görən vəfalı Kelsi hürüb ulayaraq səslər çıxarsa da kimsədən soraq olmur. Belə olduğu zaman qarın üstündə köməksiz qalmış Bobun köpəyi Kelsi onun boynunu yalayıb saatlarca üstünə uzanaraq onu soyuqdan donmağa qoymur. Demək olar ki, 20 saatdan çox bu vəziyyətdə yerdə qalır. Bobun köməyinə bütün gecəni durmadan ülüyan itin səsinə qonşular gələndə gördükləri mənzərədən çox kövrəlirlər.
\”Həkimlər bildirəndə ki, elə uzun müddət soyuqda qalmağıma baxmayaraq məni don vurmayıb buna çox təəccübləndim. Mən əminəm ki, Kelsinin sayəsində sağ qala bilmişəm. Bunun üçün bütün həyatım boyu ona minnətdaram\” deyə Bob kövrələrək söyləyib.
Hal hazırda Bobun vəziyyəti stabilləşib və intensiv terapiya kursları keçir. Artıq bütün əzələləri işləməyə başlayıb.

İnterpress.az