İnterpress.az Rusiya mətbuatına istinadən bildirir ki, bir həftə ərzində poliqam (çoxarvadlı) nikahda olan hər kəs bu dükandan xüsusi olaraq pulsuz ərzaq ala bilər. Aksiyanın yeganə şərti bütün arvadlarla eyni vaxtda gəlməkdir. Dükanın girişindəki elan löhvəsində yazıldığına görə, dükana 1 arvadla gələn kişi ərzaqları 10 faiz ucuz, 2 arvadı ilə gələn 50 faiz, 3 arvadla gələn isə tamamilə pulsuz ala bilər.
Kimsə supermarketə 4 arvadı ilə birgə gəlsə, müdir özü onun hər arvadına əlavə olaraq ərzaqla dolu böyük bir səbət də bağışlayacaq.
Qeyd edək ki, Rusiyada çoxarvadlılığa rəsmən icazə verilməsə də, Dağıstanda və digər müsəlman regionlarında bir çox kişilər İslam qaydalarına uyğun olaraq kəbin əsasında 3-4 arvadla yaşaya bilirlər…
İnterpress.az