İnterpress.az xəbər verir ki, hadisə Şəmkir sakini Həbib Hüseynovun təsərrüfatında qeydə alınıb. Xırda davarları naməlum şəraitdə tələf olduğundan fermer baytar həkimləri də məlumatlandırıb.
Həbib Hüseyn deyir ki, sağlam qoyunlar hamısı tələf olmağa başlayıb: \”Mən hələ belə xəstəlik görməmişəm. Heyvanlar yeyə-yeyə ölürlər. Hamısı da sağlam qoyundur. Analiz də vermişik. Bakıya da göndərmişik. Hər bir yerə müraciət edirik. Bizə lazımdır ki, bu xəstəliyin nə olduğunu bilək”.
Şəmkir rayon Baytarlıq İdarəsinin həkimləri ölən heyvanlardan nümunələr götürərək Tovuz və Respublika Baytarlıq Laboratoriyalarına təqdim ediblər. Tovuz Baytarlıq Laboratoriyasının rəyinə əsasən heyvanlarda heç bir yoluxucu xəstəlik aşkarlanmayıb. Paytaxta göndərilən nümunələrin cavabı isə hələ gəlməyib. İlkin ehtimal kimi, heyvanların ölmə səbəbinin saxlanma şəraiti ilə əlaqəli olduğu deyilir.
Şəmkir Rayon Baytarlıq İdarəsinin rəis əvəzi Məmməd Qasımov da məsələyə münasibət bildirib: \”Pataloji yarma zamanı hamısında eyni şəkildə ürəyin böyüməsi, ağciyərin və qaraciyərin məhvi, ödün sıradan çıxması, nazik bağırsaqlarda isə qan sızması müşahidə olunub. Bunların hamısı soyuqlamanın əlamətidir”.
Məmməd Qasımovun sözlərinə görə, heyvanların kütləvi şəkildə tələf olmasının dəqiq səbəbləri Bakıdan göndəriləcək nəticələrdən sonra məlum olacaq. (arb tv)
İnterpress.azhttps://youtube.com/watch?v=sTVtyylvUoc