Donald Tramp və xanımı Melania Tramp Netanyahu ilə həyat yoldaşı Saranı Ağ Evdə qarşılayıb. Melania Tramp Donald Trampın prezidentliyə gəldiyi gündən bu yana ilk dəfə rəsmi bir görüş üçün həyat yoldaşının yanında yer alıb.
İnterpress.az xəbər verir ki, Melenia Tramp Binyamin Netanyahu və xanımı Sara Netanyahunun Ağ Evə gəldiyi zaman elə bir hərəkət edib ki, bütün mətbuat bundan danışır.
Belə ki, qonaqlarını qapıda qarşılayan Tramplar Netanyahular içəri daxil olan zaman Melania Saranın buduna toxunub. Həmin an isə obyektivlərin gözündən yayınmayıb.
Netanyhau cütlüyünün Vaşinqton səfəri boyunca Sara Netanyahu tək buraxmayan Melania Trampın olduqca gülər üzlü olduğu da diqqəti çəkib. Ancaq iki liderin və xanımlarının iştirak etdiyi iclaslara Donald Trampın qızı Ivankanın sonradan gəldiyi, Sara Netanyahuya çox isti davranarkən Melania Tramp ilə çox rəsmi olduğu görülüb. Sadəcə bir neçə cümlə danışmaqla kifayətlənən Ivanka ilə yan-yana oturan Melania o vaxtlar çox narazı hal alıb. (moderator.az)
İnterpress.az