Məsələ ilə bağlı Unikal.org-a eksklüziv açıqlama verən A.Əsgərov deyib ki, onu istintaqa çağırmayıblar: \”İstintaqa çağrılmamışam. Bu nə xəbərdir yazılıb? Bu cür söz-söhbətlərin əsası yoxdur.
Sabiq nazir müavini vaxtilə \”Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) marketinq şöbəsinin rəisi olmuş, baldızı oğlu Rahib Hüseynovun 48 milyonluq mənimsəmədə ittiham olunaraq həbs edilməsinə də münasibət bildirib: \”Bununla bağlı istintaq gedir. İstintaq məsələ ilə bağlı öz sözünü deyəcək. Mən nə deyə bilərəmki? İstintaqda adigedən şəxs mənim qohumumdur. Amma bu məsələnin mənə heç bir aidiyyatı yoxdur”.
İnterpress.az