Almaniyada türk imamların evinə reydlər keçirilibbackend

Almaniyada türk imamların evinə reydlər keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, xəbərdə deyilir ki, tədbir Ankaranın xaricdəki türkləri güdməsi barədə iddialarla bağlıdır.

Qəzet yazır ki, sözü gedən imamların ABŞ-da yaşayan və prezident Erdoğan tərəfindən ötən ilin iyulunda baş tutmamış çevriliş cəhdinin arxasında durmaqda ittiham edilən Fethullah Gülen tərəfdarlarını güddükləri iddia edilir.
Məqalədə deyilir ki, bu iddialara görə imamlar əldə etdikləri informasiyanı Türkiyənin Kölndəki konsulluğuna ötürürmüşlər.

Berlin Türkiyənin cənab Erdoğanın xaricdəki opponentlərinin təqib etməsinə müqavimət göstərir.
İndiyədək Türkiyənin özündə on minlərlə insan Erdoğanın göstərişi ilə repressiya edilib.
\”Financial Times\” yazır ki, Erdoğanın hazırkı siyasəti təkcə Berlin-Ankara münasibətlərini gərginləşdirmir, həm də Almaniyadakı türk icmasını Erdoğanın tərəfdarlarına və əleyhdarlarına parçalayır.

Məqalədə deyilir ki, çox güman, Türkiyənin baş naziri Binali Yıldırım şənbə günü Kölndə edəcəyi çıxışda bu məsələni qabardacaq.
O Erdoğana misilsiz səlahiyyətlər verilməsi məqsədilə keçiriləcək referendumda Almaniya türklərinin dəstəyini qazanmağa çalışacaq.
Angela Merkelin hökuməti belə bir səfərə icazə versə də, Ankaraya bildirilib ki, Berlin Türkiyənin daxili siyasi çəkişmələrinin Almaniyaya gətirilməsini arzuolunan hal hesab etmir.

Reydlərə gəlincə isə onlar Şimali Reyn-Vestfaliya və Reynland-Pfalts regionlarında federal prokurorun sanksiyası ilə keçirilib.

Bundan əvvəl prokurorluğa Almaniya türklərindən türk məscidlərində təqib olunmalarına dair çoxsaylı şikayətlər daxil olub.

Almaniyada hazırda 3 milyon türk yaşayır və onların təxminən yarısı Türkiyə vətəndaşıdır.
Almaniya hakimiyyət orqanlarının əsas narahatlığı Türkiyə məscidlərinə nəzarət edən DİTİB adlı təşkilatdandır.

Almaniyadakı bütün müsəlman məscidlərinin üçdə biri və ya 900-ü türk məscidləridir.
DİTİB təşkilatına Türkiyə hökumətinin dini işlər üzrə direktorluğu və ya Diyanet dəstək verir.
Bu hökumət qurumu imamları təyin edir və onların maaşlarını verir.

Almaniya hökuməti ötən ay bildirib ki, Diyanet iyul çevrilişi cəhdindən sonra Türkiyə səfirliklərinə və dini qiurumlarına Gülen davamçıalrı barədə informasiya toplamağı tapşırıb.

Bu xəbərdarlıqdan sonra DİTİB-in baş katibi Bekir Alboğa demişdi ki, bu təlimata yalnız bəzi imamlar əməl ediblər və təşkilat bu səhvdən peşmandır.

Ən böyük türk icmasının yaşadığı Şimali Reyn-Vestfaliyanın rəsmiləri ötən həftə bildiriblər ki, əslində 13 imam 33 türk və 11 təşkilat barədə Ankaraya casus məlumatı göndərib.

Qonşu Reynland-Pfalts rayonunda bu işlə 3 imam məşğul olub.
Almaniya dövlət təhlükəsizliyi – BfV-in başçısı Hans-Georg Maassen ötən ay demişdi ki, Berlin bu sayaq casusluq fəaliyyəti ilə bağlı kəskin etirazını bildirib.
\”Biz Almaniya daxilində hansısa kəşfiyyat orqanlarının Almaniyanın maraqlarına qarşı işləməsinə yol verə bilmərik\” – deyib Maassen.

\”Financial Times\” yazır ki, məsələni bir də Almaniya kəşfiyyat orqanları ilə Türkiyə dövlət kəşfiyyatı arasında İŞİD-ə və terrorçuluğa qarşı rəsmi əməkdaşlığın olması qəlizləşdirir.

Lakin Ankara gileylənir ki, Berlin PKK kimi terrorçu qrupların ifşası sahəsində əməkdaşlıqda lənglik göstərir.
Almaniyanın ədliyyə naziri Heiko Maas DİTİB-i rəsmi Ankara ilə bağlarını bir az \”boşaltmağa\” çağırıb.
Diyanet bu ittihamları rədd edir və bildirir ki, DİTİB tamamilə əlahiddə bir qurumdur. (bbc)

İnterpress.az