Maşallah Əhmədov 8 il həbs cəzasından narazıdırbackend

Maşallah Əhmədov 8 il həbs cəzasından narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

M.Əhmədov barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində elan olanmuş 8 illik cəzadan apellasiya şikayəti ötən gün Bakı Apellyasiya Məhkəməsinə təqdim edilib.

M.Əhmədov barəsində olan 4 şikayət epizodu üzrə bəraət, bir epizod üzrə isə həbslə bağlı olmayan cəzanın verilməsini istəyir. İşə yaxın günlərdə baxılacaq.

Qeyd edək ki, Əhmədov Yusif Əzizova olan 128 min borcunu ödəmədiyi üçün həbs edilib.

M.Əhmədov 2015-ci ilin dekabr ayının 14-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rəsmi məlumata görə, bizneslə məşğul olan \”Neftçi\”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib.

M.Əhmədovun sözünə əməl etmədiyi və həmin şəxslərin pulunu qaytarmadığı deyilir.

Məlumat üçün bildirək ki, Əhmədov 1977-ci ildən \”Neftçi\” klubunda oynayıb. M.Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasınıyerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndərCavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir. ( musavat.com )

İnterpress.az