İnterpress.az xəbər verir ki, prezident bu səbəbdən yeni qanunnamə hazırlamağa başlayıb.
Donald Tramp ABŞ-a bəzi ölkələrdən gələn qaçqınların girişinə qadağa qoymaq üçün yeni bir qərarnamə təqdim edəcəyini bildirib.
Hakim Robertin qərarına reaksiya göstərən Tramp deyib: \”Bu qərara aid yeganə problemimiz pis məhkəmənin pis bir qərar verməsidir\”.
ABŞ Ədliyyə nazirliyi də Trampın bəyanatına dair yeni açıqlama verib: \”Bu şəkildə prezident vaxt itirmədən ölkəmizi qorumaq üçün əngəlləri ortadan qaldıracaq\”.
Yaxın günlərdə Trampın yeni qanun imzalayacağı gözlənilir. Amma qanunun hansı ölkələrə aid olduğu barədə məlumat yoxdur.
İnterpress.az