İnterpress.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu məlumat verib. Bildirib ki, bununla da İran işğalçı Ermənistanı dəstəklədiyini nümayiş etdirir: \”İranın dövlət strurkturları Ermənistanın tamamən taqətdən düşməməsi üçün içğalçıya dəstək verirlər, İrəvanı ayaqda tutmağa çalışırlar. Bəs yaxşı Tehranın Ermənistana kredit ayırması üçün pulu varsa, Rəşt-Astara dəmiryolunun tikintisi üçün niyə Azərbaycandan maliyyə alır?”
Elxan Şahinoğlu onu da əlavə edib ki, Azərbaycan Beynəlxalq Bankı Rəşt-Astara dəmir yolunun tikintisi üçün İrana 500 milyon dollar kredit ayırıb.
İnterpress.az