İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyanın \”Welt” qəzetinin jurnalisti olan Dəniz Yüceli terror qruplaşmasına üzv olma və terrorun təbliğini aparma ittihamları ilə Türkiyə polisi tərəfindən saxlanılıb.
Almaniyanın Xarici İşlər Nazirliyi jurnalistin Türkiyədə həbs olunma xəbərini təsdiqləyib.
Dəniz Yücelin həm alman, həm də Türkiyə vətəndaşı olduğu bildirilib.
Xatırladaq ki, jurnalist Türkiyənin Energetika və təbii ehtiyatlar naziri Berat Albayrakın poçt hesabının sındırılması haqda məlumat vermişdi. Daha sonra isə nazirin yazışmaları \”WikiLeaks” saytında işıqlandırılmışdı.
İnterpress.az