Novruz Bayramında hansı tanınmışlar əfv oluna bilər?backend

Novruz Bayramında hansı tanınmışlar əfv oluna bilər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə BakiPost.az-a Əfv Komissiyanın üzvü, \”Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib. Ə.Nuriyev bildiirb ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının verilməsi gözləniləndir: \”Çünki sonuncu dəfə əfv sərəncamı ötən ilin Novruz Bayramı ərəfəsində olmuşdu. Ondan sonrakı müddətdə hər hansı sərəncam olmayıb. İndidə əfv komissiyasının iclasları onu göstərir ki, əfv sərəncamın olması istisna edilmir. Amma yenə də əfv sərəncamın verilməsi vaxtı da cənab prezident tərəfindən müəyyənləşdiriləcək. Prezident İlham Əliyev sərəncamı imzalaya da bilər, imlamaya da. Yenə də bu, cənab prezidentdən asılıdır”.

Komissiya üzvü əfv sərəncamına tanınmış şəxslərdən kimlər düşə bilər sualına da cavab verib: \”Konkret olaraq kimlərin əfv olunub-olunmaması məsələsini cənab prezident müəyyənləşdirəcək. Çünki əfv etmək hüququ ona məxsusdur. Əfv hüququ prezidentin müstəsna səlahiyyətinə aiddir.

Bu gün heç kəs deyə bilməz ki, əfv siyahısında konkret kimlər olacaq. Kimsə hansısa mülahizə deyə bilər. Amma konkret kimlərin siyahıda olduğunu son onda bilmək mümkün olacaq. Onu da cənab prezident müəyyənləşdirəcək. Hətta ola bilsin ki, hansısa şəxslə bağlı mənfi və ya müsbət rəy hazırlansın. Amma bu da məsələləri sona qədər həll etmir. Çünki bu məsələnin həlli cənab prezidentin səlahiyyətinə aiddir”.

Əliməmməd Nuriyev qeyd edib ki, əfv komissiyasına bütövlükdə 800-dən artıq ərizə daxil olub: \”Komissiya da növbəti iclaslarda bu ərizələrə baxmağa davam edəcək. Sonda isə siyahı prezidentə təqdim olunacaq”.

İnterpress.az