Şanlıurfadakı terrora görə 26 nəfər həbs edilibbackend

Şanlıurfadakı terrora görə 26 nəfər həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şanlıurfa vilayətinin valisi Güngör Azim Dunay açıqlamasında bildirib ki, terror aktını PKK terror təşkilatının həyata keçirdiyi aydınlaşıb. Güngör Azim Dunay onu da qeyd edib ki, aparılan istintaq çərçivəsində vilayətdə törədilən terror aktı ilə bağlı 26 şübhəli şəxs həbs olunub: \”Hələ ki, hadisə ilə bağlı istintaq davam edir”.

Qeyd edək ki, Türkiyənin Şanlıurfa vilayətində törədilən partlayış nəticəsində 2 nəfər ölüb, 18 nəfər isə yaralanıb. Partlayış zamanı ölənlərdən biri 11 yaşlı Əhməd Oqtay Günak olub.

İnterpress.az