Hadisə şahidlərinin \”Report\”a verdiyi məlumata görə, hadisə Zabrat yolunda baş verib.
Belə ki, 10-TE-168 qeydiyyat nömrə nişanlı, 198 saylı sərnişin avtobusu eyni istiqamətdə hərəkətdə olan 163 saylı 90-SR-660 dövlət qeydiyyat nömrə nişanlı sərnişin avtobusu ilə toqquşub.
Qəza nəticəsində hər iki avtobusda olan sərnişinlər xəsarət alıblar. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.
İnterpress.az