İnterpress.az xəbər verir ki, Filippin Sahil Təhlükəsizliyi əməkdaşlarının verdiyi məlumata görə, paytaxt Manilanın yaxınlığında batan gəmidə ölən və yaralananlar var.
Yerli radiodan verilən qeyri-rəsmi məlumata görə isə, hadisə nəticəsində hələ ki, 3 nəfər həlak olub.
Hadisənin baş verdiyi bölgəyə Təhlükəsizlik Qüvvələrinin xilasedici botları və helikopterlər cəlb edilib.Gəminin batdığı ərazidə fırtına və fırtınadan qaynaqlanan yağışın olduğu bildirilib. Pis hava şəraiti və güclü dalğalar axtarış-xilasetmə işlərini çətinləşdirir.
İnterpress.az