Vəzifə verilən Nailə Rüstəmzadə kimdir?backend

Vəzifə verilən Nailə Rüstəmzadə kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, N.Rüstəmzadə AFFA Oyunçuların Statusu və Transferi Komitəsinin sədri təyin edilib.

Böyük ictimaiyyətə o qədər də tanış olmayan N.Rüstəmzadə kimdir?

Nailə xanım Qərb Universitetinin məzunudur, hüquqşünasdır. Onun 2006-cı ilə “Beynəlxalq Hüquq” adlı kitabı işıq üzü görüb. İspan dilini bilir. Prosport.az-ın məlumatında bildirilir ki, o, 2008-ci ilin martında Meksika Xarici İşlər nazirinin müavini Mariya De Luardes Aranda Beasurinin Bakıya səfəri zamanı 2 ölkənin müvafiq nazirlikləri arasında əməkdaşlıq haqqında razılaşmaya əsasən Azərbaycan Diplomatik Akademiyasının nümayəndəsi kimi Meksika Diplomatik Akademiyasında \”Meksika və Latın Amerikası dövlətlərinin xarici siyasəti” mövzusunda 1 aylıq təlim kurslarına dəvət olunub. Həmçinin Rüstəmzadə vaxtı ilə İspaniya Krallığındakı səfirliyimizdə 3-cü katib vəzifəsində də çalışıb.

Yeri gəlmişkən, Nailə Rüstəmzadə İspaniyada Hüquq-Biznes Məktəbində Beynəlxalq İdman Hüququ fakültəsinin məzunu olub. Həmçinin, onun İspaniyada diplomatiya və beynəlxalq münasibətlər ixtisası üzrə magistr dərəcəsi də var.

İnterpress.az