İnterpress.az Report-a istinadən xəbər verir ki, rayonun Böyük Xınıslı kənd sakini, 2000-ci il təvəllüdlü Nahid Seymur oğlu Abdullayev yaşadıqları evin yaxınlığındakı Gülüstan dağından düşüb.
Ailəsinin köməyi ilə qayalıq ərazidən çıxarılan yaralı Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəstəxananın Cərrahiyyə şöbəsindən Report-un yerli bürosuna verilən məlumata görə, Nahid Abdullayev kəllə-beyin travması, bədənin müxtəlif nahiyəsinin cırılmış-əzilmiş yaraları ilə xəstəxanaya gətirilib, ona ilkin yardım göstərilərək şöbəyə yerləşdirilib. Xəstənin vəziyyəti kafidir.
Onun dağda gəzərkən qəfildən ayağının sürüşərək qayadan yıxıldığı bildirilir.
İnterpress.az