İnterpress.az xəbər verir ki, bu barədə REAL sədrinin vəkili Fuad Ağayev facebook səhifəsində status paylaşıb.
Həmin statusu təqdim edirik: “Avropa Şurası Nazirlər Komitəsinin, Azərbaycan Respublikası tərəfindən həmin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra edilib-edilməməsi məsələsinə dair sorğusu ilə bağlı olaraq, Avropa İnsan Hüquqları Məhkəməsindən Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və İlqar Məmmədova (onun nümayəndəsi olaraq mənə) məktub gəlmişdir. Məktubda sorğuya baxılması üçün məhkəmənin sədri cənab Qvido Raymondi başda olmaqla, Böyük Palatanın tərkibi elan edilir; Nazirlər Komitəsinə, hökumətə və bizə sorğu ilə bağlı yazılı şərhlərin 31 mart 2018-ci il tarixinə kimi təqdim edilə bilməsi haqqında məlumat verilir”.
İnterpress.az