İnterpress.az istinadla xəbər verir ki, onun vəzifə səlahiyyətləri bitmək üzrədir.
\”Milli Assambleya qurulan vaxt mənim dövlət başçısı postunda ikinci və sonuncu mandatım başa çatır və Kubanın yeni prezidenti olacaq\”, – Kastro parlamentdəki çıxışında belə deyib.
Fidel Kastro Dövlət Şurasının sədri vəzifəsindən 2008-ci il fevralın 18-də istefa verib. O, 2006-cı ilin iyul ayında böyrəyində cərrahiyyə əməliyyatı keçiriləndən sonra ali dövlət postunu müvəqqəti olaraq qardaşına ötürmüşdü. 25 noyabr 2016-cı ildə Fidel Kastro çoxlu orqan çatışmazlığından ömrünün 90-cı ilində vəfat edib.
Kuba parlamenti 2008-ci il fevralın 24-də 76 yaşlı Raul Kastronu ölkədə ən ali vəzifəyə – Dövlət Şurasının sədri vəzifəsinə seçib.
Raul Kastro 1959-cu ildən Kubanın lideri olan Fidel Kastronun qardaşı və silahdaşıdır.
İnterpress.az